Çərşənbə axşamı, iyulun 7-nə keçən gecə Rusiyanın Kurçatov şəhərində partlayış səsləri eşidilib.
Ruslar hava hədəflərini vurduqlarını iddia ediblər. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, hava hücumundan müdafiə qüvvələri region səmasında iki Ukrayna raketini vurub. O, saat 01:15-də daha iki raketin vurulduğunu bildirib. Kurçatov şəhərinin sakinləri bildirirlər ki, şəhərdə çox güclü partlayışlar baş verib, bəzi evlərdə pəncərələr bu səbəbdən “titrrəyib”. Partlayışları qeydə alan müşahidə kameralarının videoları da yayımlanıb.
Qeyd edək ki, Kursk atom elektrik stansiyası bu ərazidə yerləşir.
//Samir Qurbanov, Editor.az