Rusiya Federasiyasının Voronej vilayətində ağır qəza baş verib.
bu barədə Rusiya DİN-in regional idarəsindən bildirilib.
Məlumata əsasən, Voronej istiqamətində gedən “Ford Focus” minik avtomobilinin “Volkswagen Transporter” mikroavtobusu ilə toqquşması nəticəsində 8 nəfər həlak olub, bir nəfər azyaşlı qız xəsarət alıb.
Hadisə yerində yol polisi əməkdaşları işləyir, hadisənin səbəbləri müəyyənləşdirilir.
//Trend