Rusiyanın Uzaq Şərq bölgələrində havanın normadan xeyli yuxarı olması ayıların qış yuxusuna getməsinə mane olub.
Editor.az “Moskva Tayms” qəzetinə istinadla xəbər verir ki, ekspertlər ayıların uzun mövsümi yuxuları üçün kifayət qədər piy yığdıqlarını, lakin “qeyri-adi” istiliyin onların yuxuya getməsinə mane olduğunu bildiriblər.
“Ancaq balaları olan dişilərdə belə bir problem yaşanmır. Bu tüklü analar təqvimə uyğun olaraq oktyabrın sonunda balalarını mağaraya aparıblar. Havanın temperaturunun həddindən artıq olması onlara təsir etmir”,- deyə bildirilib.
Məlumata görə, Amurda bu ilin oktyabr ayında havanın temperaturu orta göstəricidən 1,5-2 dərəcə yüksək olub.
//Gülnarə Abasova, Editor.az

