Rusiyada azərbaycanlı sevgilisinə 10 bıçaq zərbəsi vurdubackend

Rusiyada azərbaycanlı sevgilisinə 10 bıçaq zərbəsi vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Leninqrad vilayətinin Luqa şəhərində azərbaycanlı şəxs öz sevgilisini qətlə yetirib.

Oxu.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bir gün əvvəl yerli sakin polisə müraciət edib. O, Volodarski prospektindəki mənzildə sevgilisni bıçaqlayaraq öldürdüyünü və hüquq-mühafizə orqanlarının əməkdaşlarını gözlədiyini bildirib.

Mətbəxin döşəməsində çoxsaylı bıçaq xəsarətləri olan 54 yaşlı qadının qanlı meyiti tapılıb. Qadının sevgilisi Fərhad Ş. saxlanılıb.

56 yaşl azərbaycanlı uzun müddətdir ki, Rusiyada yaşayır və 15 ildir ki, öldürdüyü qadınla sevgilidir.

“İstintaq müəyyən edib ki, şübhəli şəxs Luqa şəhərindəki mənzildə şəxsi ədavət zəminində yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə qadına azı 10 zərbə endirib, nəticədə zərərçəkmiş şəxs hadisə yerində dünyasını dəyişib”, – deyə Rusiya İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi güman edilir.

Bildirilir ki, gəncliyində, hələ SSRİ-nin dağılmasından əvvəl Fərhad Uzaq Şərqdə işləyib və orada sağlamlığa ağır xəsarət yetirdiyinə görə üç il həbs cəzası alıb. İndi qətldə təqsirli bilinərsə, onu 15 ilə qədər həbs gözləyir.