Rusiyada bədbəxt hadisə: Dəhşətli yanğın üçü azyaşlı olmaqla, dörd can aldıbackend

Rusiyada bədbəxt hadisə: Dəhşətli yanğın üçü azyaşlı olmaqla, dörd can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novosibirsk rayonunda taxta evdə baş verən güclü yanğın üçü azyaşlı olmaqla, dörd nəfərin ölümünə səbəb olub.

TASS bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər yayıb.

Ümumilikdə, yanğının söndürülməsinə 27 nəfər və səkkiz texnika cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.

Həyatını itirənlərin 28 yaşlı qadın, yeddi, üç və bir yaşlı uşaqlar olduğu müəyyən edilib.