Rusiyada bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanıldıbackend

Rusiyada bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Omsk vilayətində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə polis tərəfindən saxlanılıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən 14 yaşlı qız və onun 17 yaşlı tanışı saxlanılıb. Qız öldürülən qadının qızıdır”, – mənbə vurğulayıb.

Qeyd edək ki, yanvarın 22-də səhər saatlarında Omskın Yurievka kəndində mənzildən bir ailənin 10 yaşlı əlil uşaq da daxil olmaqla zorakılıqla öldürülmüş 3 nəfərin meyiti tapılıb.

 

APA