Rusiyada bir ailənin yeddi üzvü yanğın nəticəsində həlak oldubackend

Rusiyada bir ailənin yeddi üzvü yanğın nəticəsində həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Smolensk vilayətinin Elnya şəhərində yerləşən yaşayış evində baş verən yanğın nəticəsində bir ailədən beş uşaq, onların anası və nənəsi olmaqla yeddi nəfər həlak olub.

TASS agentliyi bu barədə regional fövqəladə xidmətin məlumatına istinadən xəbər yayıb.

Yanğından yalnız bir nəfər – ailənin başçısı xilas ola bilib.

İnsidentlə əlaqədar cinayət işi açılıb, yanğının səbəbləri araşdırılır.