Rusiyada bir çox xəbər saytlarına giriş məhdudlaşdırılıbbackend

Rusiyada bir çox xəbər saytlarına giriş məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bəzi xəbər saytlarına, o cümlədən BBC-yə giriş məhdudlaşrılıb. Editor.az “BBC Türkiyə”yə istinadən xəbər verir ki, Ukraynada hərbi əməliyyatlar keçirən Rusiya qərara səbəb kimi “saxta xəbərlərin yayılması”nı göstərir.  Rusiyanın dövlət xəbər agentliyi olan RİA-nın məlumatına görə, BBC Rus Xidməti, həmçinin Deutsche Welle, Meduza və Azadlıq Radiosuna da giriş məhdudlaşdırılıb. BBC-nin ingilis dilində olan xəbər saytı da Rusiyada əlçatmazdır.

Qeyd edək ki, Rusiya Dövlət Duması silahlı qüvvələr haqqında “yalan məlumat yaymağı cinayət hesab edən” yeni qanunu qəbul edib.

Kreml Ukraynanın işğalının “işğal” və ya “müharibə” kimi təqdim edilməsinə qarşı çıxır, baş verənləri “xüsusi hərbi əməliyyat” adlandırmağı tələb edir. Bloklanan sayıtlarda isə “Rusiyanın Ukrayanını işğal etməsi” və “müharibə” ifadələri işlədilib.

BBC-nin sözçüsü məsələ ilə bağlı açıqlamasında bildirib ki, dəqiq, müstəqil məlumat əldə etmək fundamental insan hüququdur: “Milyonlarla insanın güvəndiyi “BBC News”dan informasiya əldə etmək rus ictimaiyyətinin haqqıdır. Biz Rusiyanın törədiyi hərbi cinayətləri dünyadakı bütün insanlara, o cümlədən də Rusiya vətəndaşlarına çatdırmağa çalışacağıq”.

//Editor.az