Rusiyada daha bir neft anbarı yanırbackend

Rusiyada daha bir neft anbarı yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kursk vilayətində neft bazasında güclü yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə yerli teleqram kanalları xəbər verir. Yanğın Polevaya kəndi ərazisində baş verib. Hadisə yerinə ən azı 9 xilasetmə maşını cəlb olunub. Yanğından əvvəl yerli sakinlər partlayış səslərini eşidiblər.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt Ukraynaya məxsus PUA-nın hücumunu açıqlayıb. “Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib.

İlkin məlumata görə, itki yoxdur. Hazırda bütün xüsusi təyinatlılar hadisə yerində işləyir. Xahiş edirəm sakit olun”, – o bildirib.

//Samir Qurbanov, Editor.az