Rusiyada dəhşətli cinayət: bir ailənin 4 üzvü öldürüldü – Biri uşaqdırbackend

Rusiyada dəhşətli cinayət: bir ailənin 4 üzvü öldürüldü – Biri uşaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nijeqorod vilayətinin Kudma qəsəbəsində bir mənzildə, aralarında biri uşaq olmaqla, dörd nəfərin cəsədi aşkar olunub. Onların qətlə yetirildiyi müəyyən edilib.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.

“Kudmada dörd nəfər qətlə yetirilib. Nənə, baba və ana öz körpəsi ilə”, – deyə mənbə qeyd edib.

Ölənlərdən babanın 64, nənənin 63, ananın 41 və uşağın 5 yaşı var. Hadisə yerinin müayinəsi zamanı istintaqçılar zorakılıq əlamətləri aşkar ediblər.

Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindən TASS agentliyinə verilən məlumata görə, qanlı cinayətlə əlaqədar dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla əlaqədar yerli prokurorluq orqanları tərəfindən istintaq araşdırmaları aparılır.

Hadisənin səbəbləri müəyyənləşdirilir.