Dövlət Dumasının deputatları hökumətə Rusiyada yeni strukturun – Demoqrafiya Nazirliyinin yaradılmasının mümkünlüyü barədə sorğu göndəriblər.
Nazirlər Kabineti isə belə idarələrin açılmasını zəruri hesab etmir. Çünki Rusiyada demoqrafik məsələlərlə bir neçə nazirlik, o cümlədən Əmək Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi məşğul olur. Bu strukturların işi əlaqələndirilir; Rusiyada ayrıca şöbəyə ehtiyac yoxdur. “Bu səlahiyyətlərin həyata keçirilməsi hazırda göstərilən federal icra hakimiyyəti orqanları tərəfindən tam həcmdə həyata keçirilir”, – Rusiya Federasiyasının Nazirlər Kabineti bildirir.
Hökumət həmçinin xatırladıb ki, regional səviyyədə uşaqlıq, doğuş, ailənin qorunması və dəstəklənməsi məsələləri ilə məşğul olan qurumlar var.
//Samir Qurbanov, Editor.az

