Rusiyada deputat polisləri döydübackend

Rusiyada deputat polisləri döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kirenski rayonunun sərxoş vəziyyətə olan deputatı Dmitri Klepikov iki polisi döyüb.

Mk.ru bu barədə İrkutsk vilayəti İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Hadisə ilə əlaqədar hakimiyyət orqanlarının nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakı hərəkətlər etmə maddəsi ilə cinayət işi başlanıb.

Siyasətçini beş ilə qədər həbs cəzası gözləyir.

Hadisə 2021-ci ilin fevralında baş verib. Deputat Kirenski polis bölməsinə aparılıb. Həbsin səbəbi göstərilməyib, lakin siyasətçi həbsdə olanda da özünü qeyri-adekvat aparıb.

Klepikov 2019-cu ildə millət vəkili seçilib. O, “Qanun, insan hüquqları, tənzimləmələr, mandatlar və parlament etikası məsələləri” komissiyasına rəhbərlik edir.