Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib – FOTObackend

Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Dərbənd şəhərində ciu-citsu döyüşü və kimano ilə qrapplinq yarışları üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Vidadi Mərdanov qətlə yetirilib.

Cinayət hadisəsi Dərbənd şəhərinin Qaqarin küçəsində baş verib.

Belə ki, Vidadi Mərdanov bir neçə şəxs tərəfindən söhbətə dəvət edilib.

Evindən küçəyə çıxan idmançıya odlu silahdan atəş açılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən edə bilsələr də, onları saxlayıb istintaqa cəlb etmək hələlik mümkün olmayıb.

Axtarışlar davam etdirilir.