Rusiyada film kimi hadisə: avtoritet ərini öldürüb, cəsədini 7 il gizlətdibackend

Rusiyada film kimi hadisə: avtoritet ərini öldürüb, cəsədini 7 il gizlətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Buryatiya Respublikasında qazıntı işləri zamanı yeddi il əvvəl yoxa çıxan və itkin düşmüş kimi siyahıya alınan kriminal avtoritetin cəsədinin qalıqları tapılıb.

Editor.az oxu.az-a istinadən bildirir ki, cəsəd bir yorğana və qan izləri olan bir parçaya bükülmüş olub. Fakta bağlı cinayət işi başlanıb.

İstintaq çərçivəsində mərhumun 33 yaşlı arvadı dindirilib. O, əvvəl ifadəsində ərinin getdiyini desə də, sonradan törətdiyi əməli etiraf edib.

Qadının sözlərinə görə, 28 sentyabr 2013-cü il tarixdə əri ilə mübahisə zamanı evdə saxlanılan silahı götürərərək özünü müdafiə etmək üçün onu başından vurub.

Avtoritet yerindəcə ölüb. Qadın onun cəsədini maşınla kəndin kənarında basdırıb və daha sonra polisə ərinin itkin düşdüyünü bildirib. Tapançanı isə quyuya atıb.

Cəsədi tapılandan sonra kriminal aləmdən tanışları avtoritetin arvadının yanına gəlibər. Qadın intiqamdan qaçmaq üçün hər şeyi polisə etiraf etməyi seçib.

Loading...