Rusiyada fırtına nəticəsində 10 nəfər ölüb – FOTObackend

Rusiyada fırtına nəticəsində 10 nəfər ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Volqa Federal Dairəsində 10 nəfər fırtınanın qurbanı olub, daha 76 nəfər xəsarət alıb.

Bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Ümumilikdə, Volqaboyu ərazisində təhlükəli meteoroloji hadisələr nəticəsində 10 nəfər ölüb, 76 nəfər xəsarət alıb”, – Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, təbii fəlakətdən zərər çəkənlər arasında azyaşlılar da var.

Mənbə: TASS