RUSİYADA GENERALLARIN HƏBSLƏRİ BAŞLADI – Ukraynadakı uğursuzluğa görə…backend

RUSİYADA GENERALLARIN HƏBSLƏRİ BAŞLADI  Ukraynadakı uğursuzluğa görə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FTX-nin hərbi əks-kəşfiyyat idarəsi Rusiya Qvardiyasının rəis müavini, general Roman Qavrilovu saxlayıb.  “Virtualaz.org”-ın məlumatına görə, bu barədə “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozev öz “Twitter” hesabında üç müstəqil mənbənin sözlərinə istinadən yazır.

“Üç müstəqil mənbə bildirir ki, Rusiya Milli Qvardiyasının (Ukraynada külli miqdarda itkilər vermiş daxili qoşun bölməsi) rəis müavini general Roman Qavrilov FTX tərəfindən saxlanılıb. Qavrilov əvvəllər Putinin təhlükəsizlik xidmətində çalışıb”, – məlumatda deyilir.

Mənbələrdən birinə görə, Qavrilov “insanların ölümünə səbəb olan hərbi məlumatları sızdırdığı üçün” saxlanılıb. Digər iki mənbə iddia edir ki, saxlanma səbəbi “yanacaq israfçılığı”dır.