Rusiyada gizli səfərbərlik aparılır: kampaniyaya şəxsi hərbi şirkətlər də cəlb olunubbackend

Rusiyada gizli səfərbərlik aparılır: kampaniyaya şəxsi hərbi şirkətlər də cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının mərkəzi və cənub-şərq vilayətlərində aparılan gizli səfərbərlik uğursuzluqla nəticələnir.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalında məlumat verilib. Məlumatda qeyd olunur ki, ruslar Kreml diktatorunun ideyaları uğrunda ölməyə getməkdən imtina edirlər.

“Buna baxmayaraq, işğalçı ölkənin Müdafiə Nazirliyi Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edən muzdlularının sayını artırmaq qərarına gəlib. İlk növbədə, Ukraynaya qarşı müharibədə RF Silahlı Qüvvələrinin komandanlığı “Vaqner” qrupunun şəxsi hərbi şirkətinin (ЧВК-Вагнер) üzvlərini istifadə edir” – mesajda deyilir.

“Onlar konkret istiqamətlərdə hücum bölmələrinin birinci xəttində fəaliyyət göstərən zərbə dəstələri kimi işləyirlər”, – kəşfiyyat xidməti qeyd edir.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2023-cü ildə ordunun sayının 140 min nəfər artırılması haqqında fərman imzalayıb.

Ukrayna Müdafiə Nazirliyi artıq bu qərarı məsxərəyə qoyub.

Qeyd edək ki, Avqustun 27-də Rusiyanın Moskva və Leninqrad vilayətlərində gizli səfərbərliyin gücləndirildiyi məlum olub. Hakimiyyət təşviqat kampaniyası aparmaqla yanaşı, kişiləri Ukraynadakı müharibəyə getmək üçün müqavilə imzalamağa məcbur edir.

 //Samir, Editor.az