Rusiya “Google”u, eləcə də digər məşhur sistemləri, xüsusən də “Android” və iOS-u bloklamağa hazırlaşır. Lakin bu, Rusiya tərəfinin təşəbbüsü ilə baş verməyəcək.
Editor.az bildirir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Didenko RosSMI-yə bildirib: “Tezliklə “Google” bloklanacaq və onunla birlikdə “Google Android” sistemi də bloklanacaq və bu, bizim təşəbbüsümüzlə baş verməyəcək.
Bu, başqa platformalara keçməyiniz lazım olan ilk ipucudur. Biz biznes nümayəndələrinə və alimlərə başqa platformalara keçməyi tövsiyə edirik”. Onun sözlərinə görə, ruslar “Netflix”ə girişi itirəndə heç bir “faciə” baş verməyib.
Qeyd edək ki, avqustun 1-nə keçən gecə Rusiyada YouTube-da nasazlıq yaranıb.
Rusiya Federasiyasının Dövlət Duması bunun səbəbinin platformanın özünün işində səhv olduğunu bildirib. Söhbət Google-un Rusiyadakı avadanlıqlarına xidmət göstərməyi dayandırması səbəbindən video yükləmə sürətinin 70%-ə qədər azalmasından gedir. Artıq internetdə platformanın tezliklə tamamilə bloklana biləcəyi ilə bağlı təkliflər var.
//Samir Qurbanov, Editor.az