Rusiyada güclü zəlzələ qeydə alınıbbackend

Rusiyada güclü zəlzələ qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkada (Rusiya) 6 bal gücündə zəlzələ baş verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Maqnituda – 6. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) – 3”, – məlumatda bildirilir.

Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 18.2 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib.

Zərərçəkənlər və dəymiş ziyanla bağlı hələlik məlumat daxil olmayıb.