Yakutiyada göyərtəsində üç FSB əməkdaşının olduğu “Robinson” helikopteri yoxa çıxıb.
İyulun 19-da onun fövqəladə mayakı sönüb və indi o, dağılmış vəziyyətdə tapılıb: “Axtarış-xilasetmə əməliyyatları nəticəsində “Robinson” təyyarəsi tamamilə dağılmış vəziyyətdə tapılıb”, – deyə Rusiya Federasiyasının Şərqi Sibir Nəqliyyat Prokurorluğu Telegram-da məlumat yayıb.
Media təyyarədə pilotdan başqa üç FSB əməkdaşının olduğunu da yazıb.
//Samir Qurbanov, Editor.az

