Rusiyada göyərtəsində üç nəfərin olduğu “Robinson R66” helikopteri yoxa çıxıb.
Təyyarə Amur vilayətində qeydiyyatsız uçuş həyata keçirib. Rusiya Fövqəladə Hallar Nazirliyi helikopterin fövqəladə hallar üzrə mayakının işə düşdüyünü bildirib. Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8T helikopteri təyyarənin axtarışı üçün yola düşüb. İnternetdə “Robinson R66” helikopterinin qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb.
“Mash” xəbər verir ki, ilkin məlumata görə, qəza yeri Zolotaya Qora kəndi yaxınlığındakı tayqadadır. Kanal qeyd edir ki, təyyarənin fövqəladə mayakı ərazidən 35 kilometr aralıda işə düşüb. Hadisənin sentyabrın 16-da axşam saatlarında baş verdiyi bildirilir. Helikopterdə bir pilot və iki sərnişin olub… İtkin düşənlər regionda allüvial qiymətli metalların çıxarılması üzrə liderlərdən biri olan “Xerqu” MMC-də işləyirlər”, – deyə Amur Maş aşkar edib.
//Samir Qurbanov, Editor.az