RF Federal Hava Nəqliyyatı Agentliyi Maqadan vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində bir nəfərin öldüyünü bildirib.
İdarədən verilən məlumata görə, iki nəfərin vəziyyəti ağırdır.
Editor.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. İlkin olaraq qəza nəticəsində iki nəfərin öldüyü məlumat verilib.
TASS Omsukçan bələdiyyə dairəsi nümayəndələrinin iclasının sədri Oleq Eqorkinə istinadən bir ölüm və bir neçə yaralı barədə yazıb. Helikopter martın 14-də yerli vaxtla saat 11:05-də Maqadan vilayətinin Evensk şəhərindən 75 km aralıda qəzaya uğrayıb. Helikopterin göyərtəsində üç ekipaj üzvü və 17 qızıl mədəni işçisi olub. Maqadan vilayətinin qubernatoru Sergey Nosov bildirib ki, qəza yerinə xilasedicilər qrupu və həkimlər göndərilib.
Uzaq Şərq Nəqliyyat Prokurorluğu qəzanın səbəbini mühərrikin nasazlığı ilə əlaqələndirib. Faktla bağlı Cinayət Məcəlləsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (ehtiyatsızlıqdan insanın ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması).
//Samir Qurbanov, Editor.az

