Rusiyada hərbi aerodrom vuruldu: 1 “Su-34” qırıcı-bombardmançı məhv edildi, daha ikisi…backend

Rusiyada hərbi aerodrom vuruldu: 1 “Su-34” qırıcı-bombardmançı məhv edildi, daha ikisi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Rostov vilayətində Morozovsk hərbi aerodromunun atəşə tutulması nəticəsində Su-34 qırıcı-bombardmançı təyyarəsi məhv edilib.

Editor.az bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin avqustun 5-də dərc etdiyi peyk görüntüləri sübut edir. Kəşfiyyat məlumatlarına görə, eyni tipli daha iki Rusiya təyyarəsi, ehtimal ki, ciddi zədələnib. Belə ki, uçağın yan tərəflərin yaxınlığında partlayış kraterləri qeydə alınıb.

Bundan əlavə, aviasiya silahları anbarı tamamilə dağıdılıb – aerodrom ərazisində və onun ətrafında Rusiya sursatlarının ikinci dərəcəli partlamasından yanmış torpağın böyük sahələri görünür, – Baş Kəşfiyyat İdarəsi qeyd edib. Kosmik kəşfiyyat məlumatları da göstərir ki, aviabazada dörd texniki bina və iki anqar zərər görüb.

//Samir Qurbanov, Editor.az