Rusiyada hərbi anbarda partlayış: insanlar təxliyyə edilir – VİDEObackend

Rusiyada hərbi anbarda partlayış: insanlar təxliyyə edilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ryazan vilayətində hərbi anbarda yanğın baş verib.

Progorod62.ru xəbər verir ki, Skopinski rayonunda yerləşən anbarda partlayış səsləri eşidilib.

Yerli sakinin sözlərinə görə, güclü partlayış olub və ətrafı tüstü bürüyüb, partlayış səsləri qonşu qəsəbələrdən də eşidilir:

– Elə bir səs-küy var ki, adamın qulağı batır!

Rəsmi mənbələr insan tələfatının olmadığını bildiriblər. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Kuzminka-2 yaşayış sahəsinin əhəlisinin təxliyyə edildiyi qeyd olunur.