Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər varbackend

Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kaluqa vilayətinin Jizdrinski rayonunda “Mi-28” hərbi helikopteri qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ilk olaraq Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib.

“Qəza yerində əməliyyat qrupu və xilasedicilər işləyirlər”, – deyə qubernator qeyd edib.

Qısa müddət sonra hadisə barədə Rusiya Müdafiə Nazirliyi (MN) də məlumat yayıb.

“Kaluqa bölgəsində “Mi-28″ vertolyotu qəzaya uğrayıb, ekipaj üzvləri həlak olublar”, – Rusiya MN-nin məlumatında qeyd olunur.