“Vaqner” PMC-nin lideri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasından və özəl hərbi şirkət rəhbərliyinin ölümündən sonra bir gün sonra Rusiya polisi mümkün qiyamla bağlı məlumat öyrənmək üçün vaqnerçilərin qohumları ilə əlaqə saxlamağa başlayıb.
Editor.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı yazıb. Moskva vilayətindən və Vladivostokdan olan muzdluların qohumları bildiriblər ki, onlardan bəzilərinin telefonuna zəng edib, digərlərinin isə evinə gəliblər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının onlarla əlaqələri “Vaqnerçilər”in Moskvaya iyun kampaniyasından sonra qalmaqdadır.
O zaman da hüquq-mühafizə orqanlarının əməkdaşları görüşlərə çıxır və muzdluların qohumları ilə söhbət edirdilər.
Polis Yevgeni Priqojinin ölümündən sonra kimlərin üsyanda iştirak edib-etməyəcəyi ilə maraqlanır. Laki “Baza”ya görə, “Vaqnerçilər”in qohumları arasında belə planlar haqqında hələ heç kim heç nə eşitməyib.
//Samir Qurbanov, Editor.az