Rusiyada hərbi səfərbərlik: ölüləri də “aparırlar”backend

Rusiyada hərbi səfərbərlik: ölüləri də “aparırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 22-də hərbi komissarlıqdan iki il bundan əvvəl vəfat etmiş adamı müharibəyə göndərmək üçün gəliblər. Bu barədə Ulan-Ude (Buryatiya) sakini Natalya Semenova öz Facebook səhifəsində yazıb.

“Bu gün hərbi komissarlıqdan 2 il əvvəl dünyasını dəyişmiş qardaşım üçün gəliblər. Qeyd etmək istəyirəm ki, qardaşım heç vaxt hərbi xidmətdə olmayıb, çünki səhəti buna imkan verməyib” – deyə Rusiya vətəndaşı paylaşıb. Onun sözlərinə görə, əvvəlcə hərbi komissarlıqdan gələnlər onun öldüyünə inanmasalar da, sonra üzr istəyiblər.

“İndi bu səfərbərliyin hər kəsə aid olmadığına və “qismən” olduğuna necə inanasan? Əgər ölülər üçün də gəlirlərsə? Bir tərəfdən gülməlidir – onlarda bütün məlumatlar köhnədir, digər tərəfdən – Buryatiya , həmişə olduğu kimi, hamıdan qabaqda – “ət tədarükü”nə hazırdır! – Semenova qəzəblə deyib.

  //Samir,Editor.az