“Yüksək vəzifələrdə olan ruslar əmindirlər ki, Rusiya prezidenti Vladimir Putinin səhhətində problemlər var: onların çoxu Putinin son hərəkətlərinin məntiqini başa düşmür”.
Editor.az xəbər verir ki, bu iddia ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov çıxış edib.
“Tabeliyində olan işçilərlə görüş keçirəndə görürük, onlardan 16-20 metrə qədər aralıda oturur.Bilmirəm onunla nə baş verir, amma adam insanlarla təmasda olmayanda belə ola bilər”-deyə, Danilov qeyd edib.
Eyni zamanda Danilov qeyd edib ki, Rusiyaya qarşı müharibədə Ukrayna mövcud plan üzrə hərəkət edəcək: “Əgər düşmən düşünürsə ki, biz ancaq özümüzü müdafiə edəcəyik, deməli, dərin yanılır. Biz özümüzə lazım olanı edəcəyik.”
//Gülnarə Abasova, Editor.az

