Rusiyada iki neft bazasında eyni anda yanğın baş verib. Belə ki, Voronej vilayətində pilotsuz təyyarə “Annanefteprodukt” MMC-nin neft bazasının ərazisinə düşüb və nəticədə anbar yanıb.
Editor.az bildirir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev danışıb. Bundan əlavə, Perm diyarında Osentsy kəndinin sənaye zonasında özəl neft anbarında da güclü yanğın baş verib.
“Şhot” xəbər verir ki, yanğın 10 min kvadratmetr ərazini əhatə edib. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 19 texnika çalışır. Hadisənin səbəbləri açıqlanmır.
//Samir Qurbanov, Editor.az