Rusiyada infilyasiya sürətlənirbackend

Rusiyada infilyasiya sürətlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rosstatın məlumatına görə, 5-11 mart tarixlərində Rusiyada inflyasiya 2,09% təşkil edib. Qiymətlərdə artış 2,22% təşkil edib.

Bu barədə Editor.az “Kommersant”a istinadən məlumat verir.
İllik inflyasiya keçən həftə 10,42%-ə qarşı 12,54%-ə qədər sürətlənib. İlin əvvəlindən qiymət artımı 5,62%, martın əvvəlindən isə 3,38% təşkil edib.
Bəs görəsən hansı məhsullar daha çox bahalaşıb?
şəkər – 12,8%;
meyvə və tərəvəz – 4,8% (pomidor – 12,3%, banan – 11,3%, yerkökü – 3,4%);
uşaq qidası üçün süd tozu qarışıqları – 4,1%;
duz – 3%;
qarabaşaq yarması və düyü – 2,7%.
Xarici turizmdə 28,39% bahalaşma qeydə alınıb.
Rosstat dərmanların qiymətlərində artım qeydə alıb. Korvalol 6,3%, kombinə edilmiş analjeziklər – 6%, multivitaminlər – 5,5%, levomekol – 5,1% bahalaşıb. Paltaryuyan tozların (3,6%), yastıqların (2,6%), sabunun (2,1%) qiymətlərində artım qeydə alınıb.
Qeyri-ərzaq məhsulları da bahalaşma müşahidə olunur:
televizorlar – 12,5%, tozsoranlar – 8,4%, xarici avtomobillər – 6,9%, smartfonlar – 6,5% bahalaşıb. Benzin və dizel yanacağının dəyəri isə 0,1% həcmində ucuzlaşıb.
İqtisadiyyat Nazirliyi bildirib ki, qiymətlər “rublun ucuzlaşması və bir sıra ərzaq və qeyri-ərzaq məhsullarına tələbatın artmasının təsiri altında” yüksəlir. Əsas ərzaq məhsullarının qiymətindəi 1,78%, səyahət və tənzimlənən xidmətlərin qiymətlərində isə 2,37% artım olub.
Mərkəzi Bank Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda ilin sonuna doğru inflyasiyanın 20% təşkil edəcəyini, ÜDM-in isə 8% azalacağını proqnozlaşdırır.

   Editor.az