Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçibbackend

Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son sutka ərzində daha 6109 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Editor.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 771 546 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 342 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 550 344 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.