Rusiyada koronavirusdan ölüm sayı rekord həddə çatıbbackend

Rusiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son həftə ərzində Rusiyada koronavirus nəticəsində ölüm hallarının sayı rekord həddə çatıb.

TASS xəbər verir ki, 21-27 iyun aralığında ölkədə 3921 nəfər ölümcül virusun qurbanı olub.

Bu isə ötən həftə qeydə alınan analoji göstəricidən min nəfər artıq olmaqla, pandemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.

Həmçinin, son 7 gün ərzində Rusiyada 134 465 yeni yoluxma halı qeydə alınıb.