Rusiyada koronavirusdan REKORD ÖLÜM: Məhdudiyyətlər başlayırbackend

Rusiyada koronavirusdan REKORD ÖLÜM: Məhdudiyyətlər başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya COVİD-19-dan gündəlik ölüm sayına görə rekord səviyyəyə çatıb. Xəstəliklərin və ölüm hallarının artdığı Rusiya, ABŞ-dan sonra dünyada ən çox koronavirus ölümünün yaşandığı ölkə olub.

Editor.az “The Moscow Times” qəzetindəki məlumata görə xəbər verir ki, Rusiyada son 24 saatda 1106 nəfər koronavirusdan dünyasını dəyişib. Ölkədə koronavirusdan ölənlərin sayı 232 min 775-ə çatıb və bu, Avropanın ən yüksək göstəricisi olub. Ölkədə bəzi COVİD-19 ölümlərinin qeydə alınmadığına dair şübhələr artsa da, “The Moscow Times” in təhlili, federal statistika agentliyi Rosstatın verdiyi əlavə ölümlərlə COVİD-19 ölümlərinin 660 000-ə yüksələ biləcəyini göstərib.

Rusiyada yoluxma və ölüm hallarının artması ilə əlaqədar oktyabrın 30-dan noyabrın 7-dək əsas işlərdə işləməyən şəxslərə məcburi ödənişli məzuniyyət tətbiq olunacaq. Ölkədə ölüm hallarının ən çox cəmləşdiyi paytaxt Moskvada “qeyri-işləmə dövrü” bu cümə axşamı başlayacaq. Ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün müəssisələr bağlanacaq.

Qeyd edək ki, “Sputnik” peyvəndi Rusiyada hazırlansa da əhalinin yalnız 36 faizində peyvəndin iki dozası olduğu məlumdur.

//Gülnarə Abasova, Editor.az