Rusiyada koronavirusun yeni dalğası başlayıbbackend

Rusiyada koronavirusun yeni dalğası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasına koronavirusun yeni dalğası başlayıb. Son bir həftə ərzində xəstələrin sayı xeyli artıb.

Editor.az “The Moscow Times”ə istinadən xəbər verir ki, Rusiya Federasiyasında son bir həftədə koronavirusa yoluxma nisbəti 14,7%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 34,6% artıb. Rusiya KİV-nin məlumatına görə, infeksiyaya qarşı mübarizə üzrə operativ qərargah bildirib ki, Rusiya Federasiyasının 55 subyektində xəstəxanaya yerləşdirmə, 53 regionda xəstələnmə hallarında artım müşahidə olunur.

Həftə ərzində Covid-ə yoluxan 11 802 nəfər sağalıb ki, bu da əvvəlki həftədən 0,8% azdır. Media aydınlaşdırır ki, Moskvada Covid xəstəliyində yüksək artım qeydə alınıb – mayın 13-dən mayın 19-dək yoluxmaların sayı 1,9 min nəfərdən çox olub ki, bu da əvvəlki həftədən 54% çoxdur.

//Samir Qurbanov, Editor.az