Rusiyada kritik S-400 açıqlaması – “Yaxın zamanda Türkiyə ilə…”backend

Rusiyada kritik S-400 açıqlaması – “Yaxın zamanda Türkiyə ilə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə sənayesi üzrə dövlət şirkəti olan “Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev Türkiyə ilə S-400-lərin yeni partiyası üzrə yeni müqavilənin yaxın vaxtlarda imzalana biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, o, sözügedən layihədə texnoloji əməkdaşlıq proqramının da yaradıldığını qeyd edib.

“MAKS-2021” Beynəlxalq Aviasiya Sərgisində çıxış edən Aleksandr Mixeyev Türkiyəyə yeni partiya S-400-lərin tədarükü barədə açıqlamalar verib.

Yeni S-400 partiyasının tədarükü üçün Türkiyə ilə danışıqlar apardıqlarını söyləyən “Rosoboronexport”un baş dierktoru “Tədarüklə bağlı layihəni önümüzdəki aylarda tamamlamağı hədəfləyirik. Türkiyə üçün son danışıqlar aparılır. Hətta maliyyə modeli də yaradıldı. Sözügedən layihədə texnoloji əməkdaşlıq proqramı da yaradıldı” deyib.

Hazırda dünyanın ən inkişaf etmiş yüksək hava müdafiə sistemlərindən biri olan S-400, ABŞ-ın “Patriot”ları satmamasından sonra Türkiyə tərəfindən 2,5 milyard dollara satın alınıb.

Birinci partiya S-400 sisteminin Türkiyəyə verilməsini nəzərdə tutan sazişdə seçim var. Belə ki, Türkiyə ikinci partiyanı almaq istəsə, prioritet Ankaraya çatdırılmağa veriləcəkdir.