Rusiyada məhbuslar hərbi qeydiyyata alınacaqbackend

Rusiyada məhbuslar hərbi qeydiyyata alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Müdafiə Nazirliyi azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər üçün hərbi qeydiyyatın tətbiqini təklif edib. Müvafiq dəyişikliklər normativ hüquqi aktlar layihəsinin internet saytında dərc olunub.

Bu məqsədlə cəza çəkənlərin hərbi qeydiyyata alınmaması ilə bağlı bəndin çıxarılması təklif edilir. Azadlıqdan məhrumetmə yerlərində olan çağırışçılar və hərbi xidmətə cəlb olunanlar üçün “xüsusi hərbi uçot”un tətbiqi təklif edilir.

Qeydiyyat və qeydiyyatdan çıxarılma Müdafiə Nazirliyinin təklifinə əsasən hərbi komissarlıqlara gəlmədən aparılacaq və islah müəssisələri ildə bir dəfədən az olmayaraq yoxlanılan siyahıları təqdim etməlidirlər.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırılan, eləcə də səfərbərlik və hərbi vəziyyət dövründə qismən yararlı olanların hərbi xidmətə çağırılmasının mümkünlüyü haqqında qanun imzalayıb.

//Samir Qurbanov, Editor.az