Rusiyanın Stavropol diyarında terror aktı həyata keçirmək istəyən şəxs saxlanılıb.
“Mash” “Telegram” kanalı onun saxlanılması ilə bağlı görüntüləri yayımlayıb.
Məlumata görə, 23 yaşlı gənc İŞİD terror təşkilatının üzvü olub. O, Prokurorluq və Məhkəmə binasını partlatmağı düşünüb.
O, mağazadan əldəqayırma bomba üçün kompanentlər alıb. Kirayələdiyi evdə partlayıcını hazırladıqdan sonra məhkəmə binasına tərəf yollanıb, ancaq orada “sürprizlə” qarşılaşıb.

