Rusiyanın Volqoqrad vilayətində Su-24M taktiki ön xətt bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Editor.az bildrir ki, bu barədə Rusiya KİV-ləri və Telegram kanalları məlumat yayıb. “Baza”nın ilkin məlumatlarına görə, təyyarə vilayətin Kalaçevski rayonunda, Lojki fermasından beş kilometr aralıda qəzaya uğrayıb.
Bombardmançı təyyarənin göyərtəsində iki ekipaj üzvünün olduğu məlum olub. Bu arada SHOT yazır ki, Su-24M təlim uçuşu həyata keçiririb və sursatsız olub. Təyyarənin düşdüyü yerdə dağıntı qeydə alınmayıb. Hazırda axtarış tədbirləri davam etdirilir.
//Samir Qurbanov, Editor.az

