Rusiyada minlərlə alim və elmlər namizədi Rusiyanın Ukraynanı işğalına qarşı bəyanatla çıxış edib. Editor.az-ın BBC Türkiyəyə istinadən verdiyi məlumata görə, Ukraynanın işğalını “ədalətsiz və mənasız” adlandıran bəyanat ölkənin aparıcı alimləri tərəfindən imzalanıb.
Sözü gedən bəyanatı imzalayanlardan 25 nəfəri Rusiya Elmlər Akademiyasının üzvüdür.
Bəyanatın mətnində Avropada yeni müharibənin başlanmasına görə məsuliyyətin tamamilə Rusiyanın üzərinə düşdüyü qeyd olunub. Bildirilib ki, Ukraynaya qarşı hərbi əməliyyatlara dərhal son qoyulmalıdır: “Rusiyanın bu davranışları ölkəni beynəlxalq təcrid vəziyyətinə salır. Bİzim alim olaraq işimizi normal şəkildə davam etdirməyimiz artıq mümkün deyil. Başqa ölkələrdən olan həmkarlarımızla əməkdaşlıq etmədən elmi araşdırmaları davam etdirmək çox çətindir”.
//Editor.az

