Rusiyada müdafiə sənayesi zavodunda partlayış: ölən varbackend

Rusiyada müdafiə sənayesi zavodunda partlayış: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Başqırdıstan respublikasında sənaye partlayıcı maddələri istehsalı zavodunda partlayış baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yanıq xəsarətləri alıb.

Partlayış Sterlitamak şəhərində “Avanqard” zavodunda qeydə alınıb. Bu zavod neft-qaz sahəsi üçün partlayıcı maddələr istehsal etməklə yanaşı, Rusiya Müdafiə Nazirliyi üçün də partlayıcılar buraxır. Bundan əlavə zavodda yaylım atəşli raket sistemlərinin sursatları məhv edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.