Rusiyada neft bazasına növbəti hücum: ölən və dağıntılar varbackend

Rusiyada neft bazasına növbəti hücum: ölən və dağıntılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Oryol vilayətinin Livnı şəhərində iki pilotsuz təyyarə neft bazasına hücum edib.

Rusiya mətbuatının məlumatına görə, obyektə hücumu Oryol vilayətinin qubernatoru Andrey Kliçkov açıqlayıb. Onun sözlərinə görə, inzibati binaya ziyan dəyib. Hadisə yerində yanğın başlayıb: “Bu səhər Oryol vilayətinə növbəti kütləvi hücum zamanı PUA Livnı şəhərindəki yanacaqdoldurma məntəqəsinin ərazisinə düşüb Hadisələrin nəticələrini aradan qaldırmaq üçün yanğınsöndürənlər və şəhər rəhbərliyi gəlib. Bu arada daha bir PUA düşüb.

Kliçkovun sözlərinə görə, yanğınsöndürmə idarəsinin sürücüsü hadisə yerində ölüb. Daha üç xidmət əməkdaşı xəsarət alıb. ASTRA-nın məlumatına görə, Frunze küçəsində bir-birindən 250 metr məsafədə yerləşən 2 stansiya zədələnib. Hər iki stansiya Livenskaya neft anbarının yaxınlığında yerləşir.

//Samir Qurbanov, Editor.az