Rusiyada neft emalı zavodunun boru xətti yandıbackend

Rusiyada neft emalı zavodunun boru xətti yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına boru daxilində təzyiqin yüksək olması səbəb olub.

Şahidlərin dediyinə görə, yanğın, təxminən 10 metr hündürlüyə qalxıb.

Əraziyə giriş-çıxış təcili olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.