Rusiyada neft emalı zavodunun ərazisində yanğın davam edirbackend

Rusiyada neft emalı zavodunun ərazisində yanğın davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Krasnodar vilayətində İlski neft emalı zavodunun ərazisində yanğın davam edir. Yanğından əvvəl silsilə partlayışlar olub.

Editor.az bildirir ki, bu barədə ASTRA məlumat yayıb. Qeyd olunur ki, yanğın Krasnodar vilayətinin Severski rayonunda tüğyan edir. Bundan əvvəl şahidlər dronların uçuşuna bənzər səslər eşidiblər.

Rayon Əməliyyat Qərargahından bildirilib ki, yanğın fevralın 9-na keçən gecə saat 2:00 radələrində başlanıb. “Günorta saat 03.00-a yaxın açıq yanğın zavodun əməkdaşları tərəfindən operativ şəkildə söndürülüb. Tələfat yoxdur.

Fövqəladə halın aradan qaldırılmasının başa çatdırılması və baş verən səbəblərin müəyyən edilməsi üçün operativ və fövqəladə hallar xidmətləri yerində işləri davam etdirir”.

//Samir Qurbanov, Editor.az