Rusiyada növbəti yanğınbackend

Rusiyada növbəti yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində kimya zavodunda yanğın baş verib.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın iki mərtəbəli binanın birinci mərtəbəsində başlayıb. böyük miqdarda kimyəvi maddələrin saxlandığı fabrikdən qalxan alov və qara tüstü şəhərdə böyük çaxnaşma yaradıb. Xilasetmə qrupları fabrikdə olan 6 işçini təxliyə edib.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində 2 min kvadratmetrdən çox ərazinin tamamilə külə çevrildiyini açıqlayıb. Yanğın tamamilə söndürülüb. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

//Nəzərbəy, Editor.az