Rusiyada ölümlə nəticələnən daha dah bir təyyarə qəzasıbackend

Rusiyada ölümlə nəticələnən daha dah bir təyyarə qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 14-də axşam saatlarında Rusiyanın Adıgey bölgəsində “L – 39” təyyarəsinin qəzaya uğraması nəticəsində Maykop təlim aviasiya bazasının komandiri Vadim Qurov həlak olub.

Editor.az Rusiya Federasiyasının təbliğat resurslarına istinadən xəbər verir ki, təyyarə təlim uçuşları zamanı qəzaya uğrayıb. Belə ki, eniş zamanı bort uçuş-enmə zolağına enrkən yerə toxunub və qısa mənzilli radio rabitə qülləsi ilə toqquşub.

Pilot Qurovun yerindəcə keçindiyi qeyd edilir. Onunla birlikdə Axtubinsk əsas uçuş sınaq mərkəzinin böyük uçuş təlimatçısı Mixail Lipatkin isə sağ qalıb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

  //Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!