Rusiya işğalçıların transplantasiya üçün istifadə edə biləcəyi daxili orqanları olmayan ukraynalı hərbi əsirlərin cəsədlərini qaytarır.
Editor.az xəbər verir ki, bu barədə məhbusların yaxınları Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar ilə Ankarada görüşdə bildiriblər. “Biz təkcə işgəncəyə məruz qalmış cəsədləri deyil, təəssüf ki, orqansız olan cəsədləri də alırıq, yəni bu, Rusiya Federasiyasında orqan transplantasiyası üçün qara bazarın işlədiyini təsdiqləyir və təəssüf ki, onlar bizim hərbi əsirlərlə işləyirlər. İnanıram ki, bu cinayətin qarşısını almaq üçün bütün dünyaya danışmaq lazımdır”, – deyə hərbi əsirlərdən birinin həyat yoldaşı bildirib.
Qadın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək həm ukraynalı, həm də rusiyalı əsirlərin sağlamlığına nəzarət edəcək beynəlxalq komissiyanın yaradılmasına dəstək istəyib. Bodnar Türkiyə tərəfinin belə bir təşəbbüsdən xəbərdar olduğunu bildirib: “Onlar çox dəhşətli şeylər deyirlər, ərləri və oğulları üçün narahatdırlar və bu, bizi daha sürətli işləməyə və beynəlxalq tərəfdaşlarımızı müəyyən addımlar atmağa sövq edən əsl ağrıdır”, – deyə səfir bildirib.
Ukraynanın Ankaradakı nümayəndəliyindən bildirilib ki, Rusiya Federasiyası tərəfindən əsir götürülən Mariupol müdafiəçilərinin ailələrinin nümayəndələri Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və Türkiyənin baş ombudsmanı Şeref Malkoçla görüşüblər.
//Samir Qurbanov, Editor.az

