Rusiyada müharibə əleyhinə partizan müharibəsi başlayıbbackend

Rusiyada müharibə əleyhinə partizan müharibəsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın şəhərətrafı ərazilərində və bir sıra bölgələrində Ukraynaya qarşı müharibədə istifadə edilən silahları təmin edən rabitə vasitələrinə yönəlmiş bir sıra hücumlar həyata keçirilib.

Editor.az xəbər verir ki, bu barədə ekspert Aleksey Qolobutski öz Facebook səhifəsində yazıb.

O, Rusiyada müharibə əleyhinə partizan hərəkatının getdikcə gücləndiyini qeyd edib və bu sözlərin sübutu kimi Moskva yaxınlığındakı son hadisəni misal gətirib: “Domodedovo bölgəsindəki dəmir yolu hissəsində iki siqnalizasiya, mərkəzləşdirmə və bloklama qurğusu sıradan çıxıb”.

Ekspertin fikrincə, bu, bütün Rusiyada baş verən hadisələrin oxşarıdır və onların əksəriyyəti bu və ya digər şəkildə Ukraynaya qarşı müharibəni silahla təmin edən kommunikasiyalara qarşı yönəlib. “Görünür, kimlərsə bu müharibədən ciddi şəkildə yorulub. İtkilər və yeni məzarlıqlar həddən artıq çoxdur. Rusiya Federasiyasının hər yerində müharibə əleyhinə hərəkat güclənir. Doğrudur, bu hərəkat hələ ki, tam olaraq mərkəzləşməyib, lakin bu, zaman məsələsidir”, – Qolobutski yazır.

Onun sözlərinə görə, Moskva vilayətində baş verən hadisə də partizan hərəkatının fəaliyyətinin bir parçasıdır.

“”Naməlum” qisasçıların” bu hərəkətləri Ukrayna xüsusi xidmət orqanlarının işinə bənzəmir. Onlar müharibə zonasından çox uzaqda və Moskvaya çox yaxındırlar. Ən çox ehtimal olunan variant baş verənlərin yerli “partizan”ların işi olmasıdır. Məqsəd çox güman ki, yeni silahların və canlı qüvvələrin cəbhə xəttinə tədarük zəncirlərini məhv etməkdir”, – Qolobutski qeyd edib.

 //Samir, Editor.az