Rusiyada pilotsuz təyyarə Federal Təhlükəsizlik Xidmətinin binasına (FSB) hücum etdibackend

Rusiyada pilotsuz təyyarə Federal Təhlükəsizlik Xidmətinin binasına (FSB) hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum pilotsuz təyyarə Belqorodda Federal Təhlükəsizlik Xidmətinin binasına hücum edib.

Editor.az Rusiya mənbələrinə istinadən bildirir ki, PUA binaya çırpılıb, lakin ona minimal ziyan dəyib. “Ukrayna Silahlı Qüvvələrinin Belqorodda FSB binasına pilotsuz uçan aparatlarının hücumu nəticəsində itki olmayıb, fasad zədələnib, pəncərələr sındırılıb”, – əməliyyat xidmətləri bildirib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov FSB binasına edilən hücumla bağlı səssiz qalıb.

Bunun əvəzinə o, Belqorodun iki pilotsuz təyyarənin hücumuna məruz qaldığını bildirib. Onlardan biri yaşayış binasına minimal ziyan vurub, digəri isə Qladkovun sözlərinə görə, çaya düşüb.

//Samir Qurbanov, Editor.az