Rusiyada prezident seçkisi üç gün davam edə bilərbackend

Rusiyada prezident seçkisi üç gün davam edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 2024-cü ilin martına təyin edilən prezident seçkisi üç gün davam edə bilər.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova Federasiya Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, seçki martın 15, 16 və 17-də keçirilə bilər. MSK müvafiq qərar layihəsinə dekabrın 8-də baxacaq.

Pamfilova qeyd edib ki, üç günlük səsvermə tələbi Rusiya vətəndaşlarından gəlib.