Rusiyada qismən səfərbərlik uğursuzluğa düçar olubbackend

Rusiyada qismən səfərbərlik uğursuzluğa düçar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada səfərbərlik uğursuzluğa düçar olub. Bu səfərbərlik zamanı onlar cəmi 90 mindən bir qədər çox insan toplaya bildilər.

Editor.az xəbər verir ki, bu barədə “Feyqin LIVE”da Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib. Əlimizdə olan məlumatlara görə, onlar təlim mərkəzlərinə və poliqonlara 90 mindən bir qədər çox insan toplaya biliblər. Artıq Müdafiə Nazirliyinə məlumat veriblər ki, səfərbərlikdə çətinliklərlə üzləşirlər – bəzi yerlərdə səfərbər olunanlardan yeni birliklər yaratmaq mümkün olmur.

Əgər bu baş verməsə, say faktoru heç nəyi dəyişməyəcək. Birlikləri hərbi cəhətdən silahlandıramaq və təlim mərkəzlərinə cəlb etmək çətinlik yaradır. Tibbi təminat sahəsində də işlər qaydasında deyil”, – Arestoviç izah edib.

//Samir,Editor.az